Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib

Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib
10:57 27 Aprel 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 24-də Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin XX əsrin tarixində baş vermiş ən faciəli münaqişələrdən biridir. Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə basmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanır.

Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı verirlər.

Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilir. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR