Azərbaycan və Türkiyə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Türkiyə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığı genişləndirəcək
10:57 27 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün DSX Aparatında Türkiyə Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nin Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, görüşdə ölkələr arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb. DSX və Türkiyənin Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Eyni zamanda, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR