Azərbaycanlı diplomatın həyat yoldaşı oğurluqda ittiham edilir - NYU-YORKDA

Azərbaycanlı diplomatın həyat yoldaşı oğurluqda ittiham edilir - NYU-YORKDA
11:03 27 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın gündəlik nəşrlərindən biri Daily News Azərbaycanın bu ölkədəki səfirlyinin əməkdaşının avradının Nyu-Yorkun Bronks bölgəsində mağazalardan birindən oğurluğa cəhd etməsi ilə bağlı xəbər yayıb.

Nəşrin iddiasına görə, söhbət Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin birinci katibi Fərid Cəbrayılovun 29 yaşlı həyat yoldaşı Mehriban Cəbrayılovadan gedir. Belə ki, Mehriban Cəbrayılova uşaq kolyaskasının içərisində 188 dollar dəyərində əşya oğurlamağa cəhd edərkən mağazanın mühafizəçisi tərəfindən yaxalanıb.

Mehriban Cəbrayılova hadisə yerinə gələn polis əməkdaşlarına diplomat arvadı olduğunu və diplomatik toxunulmazlığının olduğunu bəyan edib. Polis əməkdaşları qadının statusunu müəyyən etdikdən sonra o, azadlığa buraxılıb.

Nəşr məlumat verir ki, belə hallarda polis Dövlət Departamentinə müraciət edərək toxunulmazlığın ləğv edilməsini tələb edir. Amma bu dəfə Dövlət Departamenti azərbaycanlı diplomatın həyat yoldaşının saxlanılması məsələsini şərh etməyib.

Məsələ ilə bağlı "Daily News" nəşrinə müsahibə verən Fərid Cəbrayılov həyat yoldaşının polis tərəfindən saxlanılması xəbərinin yalnış olduğunu bəyan edib. (aznews.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR