Egey dənizində türk-yunan qarşıdurması: ADA KİMİNDİR?

Egey dənizində türk-yunan qarşıdurması: ADA KİMİNDİR?
11:08 27 Aprel 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstan və Türkiyə arasında Egey dənizində qarşıdurma güclənir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi Aqatonisi adası üzərində Afinanın suverenliyini şübhə altına alan Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelikin fikirlərini ittiham edib.

“Biz sərhədlərə yenidən baxılması üzrə Türkiyənin siyasətini ittiham edirik. Türkiyənin təhlükəli davranışı ilə əlaqədar beynəlxalq cəmiyyətə və BMT-yə üzv dövlətlərinə müraciət edirik”, - yunan Xarici İşlər Nazirliyi bildirdi.

Qeyd edək ki, Aqatonisi Egey dənizində yerləşir və Dodekanes adalar qrupuna aiddir. Ada Türkiyə sahillərindən 30 kilometr şərqdə yerləşir.

Yunan KİV-inin yazdığına görə, Yunanıstan müdafiə naziri Panos Kammenosun Aqatonis adasına səfərini şərh edən Ömər Çelik adanın Türkiyəyə aid olduğunu deyib.

“Bura türk torpağıdır”, - türkiyəli nazir bildirib.

Qeyd edək ki, son vaxtlar Türkiyə və Yunanıstan arasında Egey dənizində yerləşən Kardak adası ilə bağlı qarşıdurma getdikcə böyüyür. İki ölkənin hərbi və patrul gəmiləri tez-tez bir-birinə təhlükəli şəkildə yaxınlaşırlar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR