"Botaş” şirkətinin rəhbərliyi BANM-də olub

"Botaş” şirkətinin rəhbərliyi BANM-də olub
11:17 27 Aprel 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin "Botaş International Limited" (“BIL”) şirkətinin prezidenti Erdoğan Tozan və maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akınla görüşüb.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, görüşdə sözügedən şirkət haqqında məlumat verilib və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən E.Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. O, BANM tələbələrinin Türkiyənin bir sıra müəssisələrində hər il təcrübə keçdiyini bildirərək belə bir imkanın Botaş tərəfindən yaradılması potensialının araşdırılmasını təklif edib. Rektor qeyd edib ki, bu kimi təlimlər Ali Məktəbin tələbələrinin inkişafina xidmət edəcək.
"Botaş" şirkətin baş direktoru Erdoğan Tozan bu təklifə müsbət yanaşdıqlarını vurğulayıb və məsələnin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəklərini bildirib.
Qeyd edək ki, "Botaş International Limited" şirkəti neft-qaz sektorunda xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə BOTAŞ tərəfindən yaradılıb. Şirkətin ən böyük və əhəmiyyətli layihələrindən biri də Bakı-Tbilisi-Ceyhan layihəsidir. Şirkət eyni zamanda TANAP layihəsində də iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/botas-sirketinin-rehberliyi-banm-de-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR