Yol polisi sürücüyə gülünc formalı "foto-fakt" göndərdi - FOTO

Yol polisi sürücüyə gülünc formalı "foto-fakt" göndərdi - FOTO
11:32 27 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol polisinin sürücünün ünvanına qayda pozuntusu ilə bağlı göndərdiyi protokol təəccüb yaradıb. Teymur adlı şikayətçi criminal.az saytına bildirib ki, aprelin 19-da yaşadığı ünvana inzibati qayda pozuntusu törətməyi barədə protokol gəlib.

Şikayətçinin sözlərinə görə, protokola çox gülünc formalı "foto-fakt" əlavə olunub: ''Burada hansısa faktdan əsla söhbət gedə bilməz. Mənim qayda pozmadığım kimi bir iddiam yoxdur. Ola bilər ki, maşın sürərəkən diqqətim yayınıb və yol nişanını görməmişəm. Amma bunu sübuta yetirmək, ilk növbədə, məni qayda pozmaqda ittiham edən tərəfin məsuliyyətidir. Bu protokolda nə maşının görüntüsü var, nə maşının nömrəsi var, nə də ki başqa bir sübut. Düşünürəm ki, belə bir protokol göndərilməsi vətəndaşa qarşı ən azından hörmətsizlikdir''. 

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov criminal.az saytına açıqlamasında bildirdi ki, ola bilər həmin foto günün qaranlıq vaxtı çəkilib. Bölmə rəisinin sözlərinə görə, əgər şübhə doğuran fakt varsa, sürücü məktub göndərilən yol polis şöbəsinə təqdim etsin: ''Sürücü hesab edə bilər ki, protokolda yalnışlıq var, kustar üsulla hazırlana bilər, foto printerdən pis çıxa bilər. Bütün hallarda bu məsələyə aydınlıq gətirilməlidir''.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR