Qurban Qurbanov Luis Enrikedən öndə

Qurban Qurbanov Luis Enrikedən öndə
11:52 27 Aprel 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Luis Enrikenin rəhbərliyi altında 500-cü qolunu vurub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XXXIV turun "Osasuna" ilə ev matçında komandasının 6-cı qoluna imza atan Xavyer Maskerano yubiley topunun müəllifi olub.

Bu top həm də kataloniyalıların La Liqada 100-cü qolu kimi tarixə düşüb. Barselonalılar Avropada 100-ü keçən mövsümün ilk komandası olub.
 
"Osasuna"nı 7:1 hesabı ilə yenən Enrikenin yetirmələri onun rəhbərliyi altındakı qol sayını 501-ə çatdırıb. 2014-cü ilin yayından "Barselona"ya rəhbərlik edən mütəxəssis üst-üstə bütün yarışlarda vurulan qol sayında bu rəqəmə çatıb.
 
Maraqlıdı ki, Azərbaycan klublarında işini davam etdirənlər arasında mütləq rekord Qurban Qurbanovlu "Qarabağ"a məxsusdu. 2008-ci ildən Ağdam təmsilçisinə rəhbərlik edən 45 yaşlı mütəxəssis indiyədək yetirmələrinin 561 qola sevinib. Bu da Enrikenin göstəricisindən 60 qol çoxdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR