İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər
12:07 27 Aprel 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.  
Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər: "Nazirlər növbəti dəfə münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar", - deyə 
Qeyd edək ki, aprelin 26-da Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı başlayıb. Bu konfrans Rusiya Müdafiə Nazirliyinin himayəsi altında 2012-ci ildən bəri hər il keçirilir. İran və Ermənistan müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan konfransda iştirak edir. 
Tədbir bu gün başa çatacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/i-ran-ve-ermenistan-mudafie-nazirleri-dagliq-qarabag-munaqisesinin-helli-meselesini-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR