"Kataloniya murdarları çempionluq iyini almayacaqlar"

"Kataloniya murdarları çempionluq iyini almayacaqlar"
12:17 27 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

"Malaga"nın sahibi Abdullah Al Tani maraqlı açıqlaması ilə gündəmə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Malaga"nın baş məşqçisi Miçelin "Real"ın yetirməsi olması və 15 il bu klubun formasını geyinməsi Kataloniya mətbuatında müxtəlif söz-söhbətlərə səbəb olub. Azarkeşlər "Malaga"nın son turda "Real"a qəsdən məğlub ola biləcəyini düşünürlər.

"Fanatlardan birinin "Barselona"nın çempionluğu üçün son turda "Real"ı məğlub etməyiniz yetərli olacaq" fikri Al Tanini özündən çıxarıb: "Allahın köməyi ilə qələbə qazanmağa çalışacağıq. Ancaq Kataloniya murdarları Miçel haqqında səsləndirdikləri yalanlardan sonra çempionluq iyini almayacaqlar".

"Malaga"nın baş məşqçisi Miçel də "Real" azarkeşi olduğunu etiraf edib: "Real"a 25 ilimi vermişəm. Hazırda "Malaga"nı çalışdırmağıma baxmayaraq, hələ də "Real"a azarkeşlik edirəm. Ancaq oyunçularımdan uduzmalarını istəsəm, məni döyərlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR