Kənan İmirzalıoğlu BƏRK ƏSƏBİLƏŞDİ: “Nə qədər olar...” - FOTOLAR

Kənan İmirzalıoğlu BƏRK ƏSƏBİLƏŞDİ: “Nə qədər olar...” - FOTOLAR
12:18 27 Aprel 2017
144 Şou
Ölkə mətbuatı
A- A+

Həyat yoldaşı Sinem Koballa alış-verişə çıxan Kənan İmirzalıoğlu ticarət mərkəzində paparatsilərin əlindən boğaza yığılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir mağazada yataqları araşdıran cütlük daha sonra geyim mağazalarını gəzib. Aktyor onların şəkillərini çəkən fotoqraflara qarşı sərt reaksiya göstərib. O, “Hara gedirik bizi izləyirsiniz. Nə qədər olar? Belə getsə, heç nə almadan çıxıb getməli olacağıq”, - deyə cavab verib.

"Fatih" serialında Fatih Sultanmehmeti canlandırmağa hazırlaşan 41 yaşlı İmirzalıoğlunun rolu üçün arıqladığı və saqqal saxladığı diqqətdən qaçmayıb. Aktyor hər həftə üçün 145 min TL (təxminən 75 min man manat) qonorar alacaq.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/196658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR