AFFA-nın kollektivi “Bakı Marafonu 2017”də iştirak edəcək

AFFA-nın kollektivi “Bakı Marafonu 2017”də iştirak edəcək
12:22 27 Aprel 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ AFFA-nın kollektivi “Bakı Marafonu 2017”də iştirak edəcək.
Bu barədə “Report”a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
O, bildirib ki, federasiya əməkdaşları “Bakı Marafonu 2016”da olduğu kimi, yenə marafonçular sırasında yer alacaqlar.
Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/affa-nin-kollektivi-baki-marafonu-2017-de-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR