ABŞ prezidentinin SİRLİ KEÇMİŞİ ƏLƏ KEÇDİ: Hitler, BMT və... - FOTO

ABŞ prezidentinin SİRLİ KEÇMİŞİ ƏLƏ KEÇDİ: Hitler, BMT və... - FOTO
12:23 27 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 35-ci prezidenti Con Kenndinin cavanlıqda yazdığı gündəlik hərracda 718 min dollara satılıb.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, gündəliyi Kennedinin şəxsi əşyalarından kolleksiya toplayan iş adamı Cozef Olson alıb. Olson Kennedini hələ prezident olmamışdan tanıyırmış.

Qeyd edək ki, gündəlik 1944-45-ci illərdə yazılıb. Kennedi həmin vaxt Avropanı jurnalist olaraq gəzərək qitənin siyasi-ictimai vəziyyəti haqqında qeydlər aparırdı. Qeydlərində Hitler haqqında maraqlı fikirlər də var. Gələcək prezident faşist lideri və onun taleyi haqqında şübhələrini yazırdı. O, həmçinin yeni yaradılan BMT təşkilatının fəaliyyətindən də narazılığını gündəlikdə qeyd edib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/196659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR