“ShamkirChess 2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib

“ShamkirChess 2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib
12:27 27 Aprel 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2017” turnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Bu barədə “Report”a turnirin mətbuat xidmətindən məlumat verilib.
Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Final oyununda "Media" və Şəmkir RİH üz-üzə gəlib. İcra hakimiyyətinin əməkdaşları 5-3 hesabı ilə qələbə qazanmaqla turnirin qalibi olub.
Qalib çempionatın təşkilatçıları tərəfindən kubokla mükafatlandırılıb.
Turnirdə yaranmış istirahət günü ilə əlaqədar olaraq, Vüqar Həşimov Memorialının iştirakçıları Şəmkirdə yerləşən "Zəka" Yaradıcılıq Mərkəzində də olublar. Dünya çempionu Vladimir Kramnik (Rusiya), FİDE reytinqində ikinci pillədə qərarlaşan Uesli So (ABŞ), Dünya Kubokunun qalibi Sergey Karyakin (Rusiya) və Maykl Adams (İngiltərə) 12 lövhədə uşaqlara seans keçib.
Sonda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdirib.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/shamkirchess-2017-turnirinin-istirakcilari-ve-teskilatcilar-arasinda-futbol-turniri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR