Qadınların inanılmaz dəb anlayışı: qurğuşunlu dəri, kirpiksiz üz, zəhərli paltar - FOTOLAR

Qadınların inanılmaz dəb anlayışı: qurğuşunlu dəri, kirpiksiz üz, zəhərli paltar - FOTOLAR
12:33 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Zaman dəyişdikcə geyimlər, zövqlər, dəb dəyişir və təsəvvür edə bilməyəcəyiniz dərəcədə fərqli mənzərə ortaya çıxır. "Gözəllik qurban tələb edir" kimi məşhur ifadə deyəsən məhz burdan yaranıb. O vaxt da xanımlar gözəl və cazibədar görünə bilmək üçün qurbanlar veriblər.

Publika.az zamana səyahət edib sizə bütün dövrlərin ən dəbli və cazibədar xanımlarının istifadə etdiyi geyim, aksesuar və makiyajların sıyahısını təqdim edir:

1. 15-16-cı əsrlərin zadəgan xanımları bu ayqqabılardan libaslarının yerdə sürünməməsi üçün istifadı ediblər. Eyni zamanda, onlar hündür və qamətli görünmək üçün də çox əlverişli üsul idi. O dövrdə geyindiyin ayaqqabı cəmiyyətdə sənin şəxsiyyətini, ictimai durumunu və şəxsi statusunu təmsil edirdi. Təsəvvür edin, indi 10-12 sm hündürlüyündə ayaqqabı geyinən xanımlar yeriməkdə çətinlik çəkir. O dövrdə isə bu hündürlük 50 sm-ə qədər çata bilirdi. Buna görə o dövrdə xanımların yeriməsinə kömək edən şəxsi qulluqçuları olub.

2. Söhbət 1939-cu ildən gedir. O illərdə də baxımlı xanımlar olub. İndi istifadə etdiyimiz makiyaj qoruyucu spreylər o illərdə olmadığı üçün onlar gözəl görüntünü qorumağın alternativ yollarını tapıblar. O illərin qlamur xanımları makiyajlarını belə müdafiə ediblər. Bir üzücü məqam var ki, konus içəridən tez-tez tərləyir ətrafı görmələrinə mane olurdu. Çəkiləsi dərd deyil.

3. 20-ci əsrdə təbii qəmzəli xanım tapmaq çox qəliz məsələdir. Qadının füsunkar obrazı qəmzələr olmadan natamam hesab olunurdu. Buna görə 1923-cü ildə bir qurğu kəşf olundu. Qurğunun işi yanaqlarda batıqlar yaratmaq idi. Başdan taxılaraq qulaqlara və çənəyə bərkidilən qurğunun yanlara doğru uzanan 2 çubuğu yanaqlara təzyiq göstərərək batıqlar əmələ gətirirdi. Prosesin ağrılı olduğunu təxmin edərsiniz. 5-6 saniyə yanaqlarınızı basıb tutun görün nə baş verir.

4. Renessans dövrünün gözəllik anlayışı çox qəribədir. Bu dövrdə təbiilik qətiyyən dəb hesab olunmayıb. Bu dövrdə geniş alın və kirpiksiz gözlər əsas olub. Saçlar isə bir xətt boyunca artmalı idi. Xanımlar dəblə ayaqlaşmaq üçün alnın üst nahiyəsinə uzanan saçları kəsirdi. Sadəcə maqqaşdan istifadə edərək xanımlar bütün kirpiklərini çıxardırdılar. İndi isə əksinə uzun və həcmli kirpiklər və saçlar dəbdədir.

5. İngiltərə kraliçası birinci Elizabettanın dövründə xanımlar, qurğuşun və sirkə qarışımından istifadə edərək inanlmaz dərəcədə ağ dəriyə sahib olublar. Lakin proses uzun müddətli effekt vermirdi. Müəyyən zaman sonra dəri sanki çürüyür və saralırdı. Maraqlısı odur ki, kraliça özü bu kosmetikadan çox istifadə edirdi. onun dərisi o dərəcədə ağ idi ki, "cavanlığın maskası" olaraq tarixə düşmüşdü.

6. İngiltərədə 17-ci əsr damarlı şəkillərlə yadda qalıb. Qəribə bir tendensiya olub. Xanımlar düşünürdülər ki, boyun, sinə və çiyin nahiyələrində damarlar onları daha gözəl göstərir. Bu səbəbdən şəkil çəkdirən xanımlar göy karandaşla bu cür damarlar çəkirmişlər.

7. Viktorian dövrü dodaqlara və yanaqlara xüsusi diqqət yönəlirdi. Kraliça Viktoriya kosmetikanı qadağan etmişdi. Bununla belə bu, qadınlara gözəl və cazibədar görünməyə mane olmadı. Onlar fikirləşib buna da bir çarə tapdılar. Qadağan edilən ənlik və pomadanın yerinə, onlar dodaqlarını bərk dişləyir, yanaqlarını isə çimdikləyirdilər. Nəticə isə göz qabağında. Təbii və bir o qədər də ağrılı makiyaj.

8. 19-cu əsrin gözəllik sirri arsen preparatı olub. O dövrdə xanımlar parıltılı gözlərə, cazibədar bədənə və gözəl dəriyə sahib olmaq üçün bu preparatı istifadə edirdilər. Düzdür, dərmanın əlavə təsirləri də olub. Mədəyə yığılan dərman müxtəlif xroniki xəstəliklərə, eləcə də, ölümə səbəb ola bilərdi. Amma nə edəsən ki, "gözəllik qurban tələb edir".

9. Yaşıl donların ən dəbdə olan vaxtı məhz Viktorian dövrü olub. Viktorian dövründə istehsal edilən yaşıl boya modapərəstlərin əvəzolunmazına çevrilib. "Yaşıl gül" adlandırılan rəng arsen preparatının və mis qarışığının vasitəsilə əldə olunduğundan sahiblərini yavaş-yavaş zəhərləyib öldürürdü. Dəriyə tədricən yeriyən və selikli qişaya düşən maddə qıcıqlanmaya səbəb olurdu. İnsanları ölümcül risklə üz-üzə qoyan maddə ilə eyni zamanda evlərin divarlarını də boyayıblar.

10. Avropada 18-ci əsr. O illərdə kosmetikadan bolluca istifadə etmək mümkün idi. Xüsusilə süni xallar çox dəbdə idi. Bu xalların hər birinin özünün xüsusi mənası olurdu.

Belə ki:

aypara şəklində qoyulan xal- qarşı tərəfi gecə görüşünə dəvət edirdi.

amur - sevginin rəmzi idi.

karet şəklində xal - birgə qaçmağa razılıq əlaməti idi.

üst dodaqa qoyulan xal - qızın subay olduğunu və evlilik təkliflərinə açıq olduğunu bildirirdi.

sağ yanaqdakı xal - xanımın evli olduğuna, sol yanaqdakı xal isə dul olduğuna işarə idi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/196664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR