İdman telekanalı 100 işçisini qovdu

İdman telekanalı 100 işçisini qovdu
12:52 27 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Amerikanın məşhur ESPN idman kanalı ciddi islahatlar həyata keçirmək qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son illər təxminən 10 milyon tamaşaçı itirən telekanal 100 əməkdaşını vəzifəsindən azad edib. Onların arasında keçmiş NBA oyunçusu Len Elmor, sabiq beysbol meneceri Cim Bouden və ölkəsində kifayət qədər tanınan Edc Verder də var. ESPN prezidenti Con Skipper işçilərini kütləvi surətdə vəzifədən azad etmək qərarını çətinliklə verdiyini bildirib.

"Dinamik dəyişikliklər universallığa və faydalılığa əlavə diqqət tələb edir. Biz çətin duruma düşdük. Hansı jurnalistlərin, əməkdaşların bu tələblərə cavab vermədiyini müəyyənləşdirməli olduq" - Skipper deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR