Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"

Komitə sədri: "Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib"
12:52 27 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı" üzrə konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, konfransda dövlət rəsmiləri, xarici ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qeyd edib ki, Azərbaycan açıq hökumət prinsipinin təşviqinə öz töhfəsini verib. O bildirib ki, 2016-cı il Azərbaycanda geniş miqyaslı iqtisadi islahatlar ili olub.

Sonra çxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, artıq 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir.

O bildirib ki, "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır. İ.Kərimov vurğulayıb ki, "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır: "Artıq bir neçə ölkədə "ASAN xidmət" modeli tətbiq olunmağa başlayıb".

Daha sonra tədbirdə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb:

"Korrupsiyaya qarşı mübarizənin ən mühüm fəlsəfəsindən biri də ondan ibarətdir ki, biz burada qabaqlayıcı və cinayət təqibi tədbirlərinin birgə vəhdətini bu mübarizənin səmərəsi üçün ən mühüm amillərdən biri kimi görürük və korrupsiyaya qarşı mübarizə siyasətini tətbiq edərkən daim çalışırıq ki, bu prinsipə əməl edək. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətində həm qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin edir, həm də cinayət təqibi tədbirləri həyata keçirir".

K.Əliyev bildirib ki, Azərbaycanda aparılan bu uğurlu anti-korrupsiya siyasətinin nəticəsidir ki, Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən-ilə yaxşılaşır.

Tədbirdə digər çıxış edənlər də korrupsiyaya qarşı mübarzənin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışıblar.

Tədbir çərçivəsində "Antikorrupsiya idarəetmə sistemi" beynəlxalq standartın hazırlanmasına rəhbərlik edən Komitənin katibi Maykl Heniqan tərəfindən təlim keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR