Oğurluq edən əsgəri ov tüfəngi ilə öldürdülər

Müəllifi : Ehsan Hacıyev

Hazırlayıb təqdim edəni: X.Telmanoğlu

Yazı Metbuat.az saytının "Arxivdən" layihəsi çərçivəsində təqdim olunur:

1975-ci ilin payız ayı idi. Kürdəmir rayonunda xidməti ezamiyyədə idim. Nazirlikdən zəng edib Zülfüqarov yoldaş tapşırıq verdi ki, Ağdaşda bir nəfər əsgər öldürüblər. Cinayətkar məlum deyil, təcili getmək lazımdır. Ağdaşa çatanda artıq hava qaralmış və işçilər evlərinə çəkilmişdilər. Küçələr boş və qanarlıq idi. Lakin rayon DİŞ-nin rayon milis rəisi, podpolkovnik Novruzov iş otağında oturub mənim gəlişimi gözləyirdi.

Novruzovla hal-əhval tutub görüşdükdən sonra məlum oldu ki, rayon prokuroru Abbas Əliyev evə getməyib, hələ də iş otağındadır. İcazə alıb yanına getdik və gəlişimizin məqsədini ona bildirdikdə, dedi ki, bizlik heç bir iş yoxdur. Öldürülən adam ov silahı ilə qətlə yetirilib, meyit hərbi hissədə təxminən 50 metr aralıda tapılıb. Hərbi prokurorluğa bu barədə məlumat vetrmişik, özləri məşğul olacaqlar.

Baxmayaraq ki, Abbas Əliyev təcrübəli prokurordur. Mən fikirlərmi bildirdim:

- Nə qədər ki, əsgərin meyiti hərbi hissədən kənardadır, bizim ərazidir, cinayətkarı axtarmaq bizim borcumuzdur. Odur ki, razılığa gəldik, səhər hadisə yerini ətraflı müayinə etmək üçün prokuror müstəntiq ayırdı.

Hadisə yerinin müayinəsi zaman kələfin ucu demək olar ki, göründü. Belə ki, meyitin tapıldığı yerdən iz bizi düz magistral yolun kənarında olan yeməkxanaya gətirib çıxardı.

Yeməkxananın həyətində keçirilmiş müayinə tamamailə deyirdi ki, əsgəri elə bu yeməkxanada öldürüblər. Belə ki, yeməkxananın pəncərə çərçivəsinin şüşəsi sınmış, şüşənin qırıqları ilə birlikdə yerə papiros qutusu və peçenye qırıntıları dağılıb tökülmüşdü.

Ətrafa daha diqqətlə baxanda ayaqyolunun quyusunun ağzı açıq olduğunu görüb quyuya da baxış keçirdik. Quyudan bir əsgər buşlatı çıxardıq.

Buşlatın cibində 2 qutu siqaret, 2 qutu peçenyə və bir şüşə şampan şərabı var idi. Buşlatın boynuna sapla “Stepan” yazılmışdı.

Meyitin əynindəki buşlatın da cibindən 5 ədəd siqaret qutusu, 1 ədəd peçenyə qutusu tapılmışdı. Yeməkxananın içərisində aparılmış müayinə göstərilən şeylərin oradan oğurlanmasını aşkar göstəriridi.

Odur ki, əldə etdiyimiz dəlillərlə hərbi hissəyə gəldik. Stepan adında əsgəri soruşduq, Stepan gəldi, əynində buşlatı vardı. Belə olduqda, biz hərbi hissənin rota komandirindən xahiş etdik ki, əsgərləri sıraya düzsün, hər halda buşlatın sahibi yaralı olmalıdır. Çünki buşlatda qırma yerləri vardı. Rota komandiri razılıq vermədi ki, hərbi dairədən böyüklərimiz gəlsin, sonra belə tədbirə razılıq verim. Lakin hərbi dairədən gələn olmadı, axşama yaxın bu tədbirin keçirilməsi üçün hərbi hissə komandirindən icazə aldıq.

Rotaların özü də sıraya düzüldülər, hərbi komandirlərlə birlikdə sıraları gəzdik, lakin sırada buşlatsız əsgər müşahidə etmədik. Komandir bildirdi ki, öldürüləndən başqa kənarda qalan əsgər yoxdur.


Belə olanda onlara fikir verə-verə sıraları bir daha nəzərdən keçirdikdə, ikinci cərgədə sifəti avazımış çox narahat bir əsgər gördük. Onu sıradan çıxarıb komandirin iş otağına gətirdik, soyunduranda gördük ki, onun bədənində 5 yerdə qırma yarası var.

Yaralı əsgəri təcili həkim müayinəsindən keçirib bədənindəki qırmaları çıxarıb işə əlavə etdik. Əsgər isə etdikləri cinayətləri tam etiraf etdi. Buşlat söhbətini isə belə izah etdi, oğurluğa gedərkən Stepanın buşlatını geyinib, Stepan isə buşlatının oğurlandığını komandirə deyib, ona yeni buşlat verilib. Bizim gəlişimiz komandirləri bir qədər narahat edib, əsgərlər oğurluqda atılmaları sübut olacaq deyə kömək etmək istəmirlərmiş. Axtarış axşam saat 11-də başa çatdı. Əməliyyat-axtarış tədbirlərinin lap ilkin mərhəlsində yeməkxananın gözətçisi Mabud kişini tapdırıb milis şöbəsinə göndərmişdik.

Növbəti görüşümüz Mabud kişi ilə oldu, Mabud kişi əvvəllər məhkum olmuş, İkinci Dünya müharibəsində iştirak etmişdi. O, etdiyi cinayəti əvvəl boynuna almadı. Peçenyə, papiros oğurluğundan ötrü iki nəfər əsgəri qəddarcasına atması və cinayətin izini itirmək üçün əlindən gələni etməsi və meyiti hadisə yerindən 1km. aralı məsafəyə aparıb atması cəzasını ağırlaşdırdığını ona ətraflı şəkildə izah etdik.

Qonşu yeməkxananın qarovulçusu Lətif kişini də gətizdirib Mabudun gecə güllə atıb-atmadığını eşitdiyini soruşduqda, o, eşitmədiyin dedi.


Baş vermiş cinayətin ağır nəticələrini ona izah etdik və dedik ki, açıq etiraf cəzanı yünkgülləşdirir. Məsələ gün kimi aydındır, ancaq sizin həqiqi etirafınız vacibdir.

Lətif bildirdi ki, gecə saat 1 radələri olardı, 3 dəfə güllə səsi eşidib, hadisə yerinə qaçdım. Mən çatarkən artıq əsgər ölmüşdü. Ondan aralıda da bir buşlat yerə düşmüşdü.

Madud məni görən kimi yavaş səslə dedi ki, atdım öldürdüm, orada nərdivan var, gətir nərdivanın üstünə qoyub çasta yaxın tullayaq. Mən etiraz etdikdə, Mabud məni silahla hədələdi. Odur ki, nərdivanı gətirib əsgərin meyitinin üstünə qoyub aparıb su kanalına atdıq.

Qayıdanda Mabud buşlatı da götürüb ayaq yolu quyusuna atdı və məni bir də hədələdi ki, bu barədə heç kimə heç bir söz demə.

Baş vermiş bu ağır cinayətin 3 gün müddətində üstü açıldı və cinayətkarlar öz cəzalarına çatdılar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR