Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb
13:17 27 Aprel 2017
143 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Mayın 2-də Serbiyanın Novi Sad şəhərində start götürəcək Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, yığma komanda mayın 7-dək davam edəcək yarışda məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 8 pəhləvanla - Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovla (125 kq) təmsil olunacaq.
Avropa çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar iştirak edəcək.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim-məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. Sərbəst güləş üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirir. Təlim -məşq toplanışında İtaliya, Dağıstan və Osetiyadan olan güləşçilər də iştirak edir. Onların arasında İtaliya yığma komandasının üzvü, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya və Avropa çempionu Frank Çamizo da var. Avropa çempionatına Bakıda hazırlaşır. Avropa çempionatına yollanacaq heyəti bugünkü hazırlıq prosesindən sonra yığma komandanın baş məşqçisi Firdovsi Umudov elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/avropa-cempionati-ucun-serbest-gules-uzre-azerbaycan-milli-komandasinin-heyeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR