Məşhur aktyor görmə qabiliyyətini itirdi

Amerikanın məşhur komediya aktyoru Bil Kosbi görmə qabiliyyətini tamamilə itirib.

Metbuat.az xəbər verir ki, 79 yaşlı aktyor bu barədə özü məlumat verib. İki il əvvəl görmə qabiliyyətində problem yaranan aktyor universitet müəlliməsi də daxil olmaqla, 50-dən çox qadına təcavüz etməkdə günahlandırılır. Lakin Kosbi haqqında yayılanları təkzib edin.

Qeyd edək ki, aktyor 2015-ci ildə narkotik maddədən istifadədə təqsirli bilindikdən sonra öz karyerasına son qoyub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR