Əbülfəz Elçibəy KQB-nin “agenti” olub? – Nemət Pənahlı sənəd yaydı - FOTO

Əbülfəz Elçibəy KQB-nin “agenti” olub? – Nemət Pənahlı sənəd yaydı - FOTO
13:28 27 Aprel 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Əbülfəz Elçibəyin KQB ilə əməkdaşlıq etdiyini iddia edib.

Publika.az
xəbər verir ki, N.Pənahlı “facebook” sosial şəbəkəsində Əbülfəz Elçibəyin 1975-ci ildə KQB-yə yazdığı iddia olunan məktubu paylaşıb.

Onun paylaşdığı məktubda deyilir: “Mən bütün səhvlərim haqda istintaq zamanı məlumat vermişəm. Xahiş edirəm ki, özümü doğrultmaq üçün mənə güzəştə gedib, imkan yaradasınız. Söz verirəm ki, bundan sonra hər yerdə dövlət və partiyanın leninçi siyasi xəttini ardıcıl müdafiə edib onun həyata keçirilməsində səylə çalışacağam. Xahiş edirəm ki, qanun daxilində mənim Sov.İKP sıralarında qalmağıma kömək göstərəsiniz. 06.02.1975. Ə.Əliyev”.

N.Pənahlı iddia edir ki, Əbülfəz Elçibəyi KQB hazırlamışdı.

Əbülfəz Elçibəyi sevənlər isə Pənahlını sərt tənqid ediblər. Hətta onun özünün KQB-yə işləməsi haqda fikirlər səsləndirilib və “Necə olur ki, siz KQB-nin arxivinə daxil ola bilirsiniz?” kimi suallar irəli sürülüb. Lakin N.Pənahlı bu sual qarşısında susub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR