Məşhur hafiz Quran oxuyarkən öldü - CANLI YAYIMDA

13:29 27 Aprel 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyada dünyanın tanınmış hafizlərindən biri dünyasını dəyişib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə ölkənin ən böyük məscidlərindən birində qeydə alınıb.
 
Hafiz Şeyx Cəfər Abdulrahman dindarlar qarşısında Qurandan ayələr oxuyan zaman qəfildən halı pisləşib.
 
Ona yardım etmək istəyən insanlar hafizin öldüyünün şahidi olub.
 
Maraqlı burasıdır ki, Şeyx Cəfər Abdulrahman həmin an Qurani-Kərimdən ölümlə bağlı ayəni səsləndirib.
 
Onun ürək tutmasından keçindiyi təsdiqlənib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR