DYP maşını "Mercedes"lə toqquşdu: ölənlər və yaralılar var

DYP maşını "Mercedes"lə toqquşdu: ölənlər və yaralılar var
13:42 27 Aprel 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Azərbaycanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB


 
Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.
 
Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.
 
Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR