"ABŞ əsgəri heç vaxt terrorçu ilə şəkil çəkdirməz"

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner, “ABŞ əsgəri heç vaxt terrorçu ilə görüşə bilməz” deyib.

Metbuat.az xəbər verir ki, ABŞ rəsmisi Türkiyə Silahlı Qüvvələrinin İraqın Sincar əyalətində həyata keçirdiyi hava əməliyyatlardan sonra amerikalı əsgərlərin ora baş çəkməsi məsələsinə münasibət bildirib.

Müxbirin, "PKK-nı terror qruplaşması kimi qəbul edirsinizsə, Sincardakı əməliyyatdan sonra ABŞ əsgərlərinin həmin bölgədə görünməsi və terrorçularla fotosunun yayılmasına nə deyirsiniz?" sualına Töner özünəməxsus şəkildə cavab verib:

“Amerika əsgərlərinin helikopterlə Sincara getmələri haqda yayılan məlumatlar tamamilə yanlışdır. Əsgərlərin oradakı terrorçu qruplaşma ilə yayılan fotosu isə ABŞ-a qarşı hesablanmış addımdır. ABŞ əsgərini belə bir məsələdə günahlandırmaq özü bir hörmətsizlikdir. Mən şəxsən həmin fotonu görməmişəm, mənə də göstərin. Məsələyə aydınlıq gətirilməsi üçün bütün gücümü sərf edəcəm. Bizim terrorçularla işimiz ola bilməz. Türkiyənin terrorçularla mübarizədə apardığı əməliyyatları da dəstəkləyirik”.

Qeyd edək ki, Mark Töner bir neçə gün öncə Türkiyənin Sincar əyalətinə endirdiyi aviazərbələrin koalisiya tərəfindən təqdir edilmədiyini bildirmişdi. O qeyd edib ki, əməliyyat kürd könüllülər də daxil olmaqla, İŞİD-lə mübarizə üzrə tərəfdaşların ölümünə gətirib çıxarıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR