DYP maşını qəza törətdi

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR