Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
14:17 27 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Almaniya hüquq-mühafizə orqanları Frankfurtda bundesver hərbçisini terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Frankfurt prokurorluğu təsdiqləyib.
Müstəntiqlər Almaniya vətəndaşlığı olan gəncin 2015-ci ildə özünü miqrant kimi qələmə verərək bu ölkədə qaçqın statusu almaq üçün müraciət etdiyini düşünür. İddiaya görə, o, sorğusu qəbul olunduqdan sonra qara bazardan tapança alıb və terror hücumları törətməyi planlaşdırıb. Onun mümkün motivləri haqqında hələ məlumat yoxdur.
Qeyd edək ki, hüquq-mühafizə orqanları hərbçidən başqa, daha bir nəfəri - Bavariyadan olan tələbəni saxlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyali-herbci-terror-akti-hazirlamaqda-subheli-bilinerek-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR