Polşa şirkəti "Qazprom"dan şikayət edib

Polşa şirkəti "Qazprom"dan şikayət edib
14:27 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Polşanın PGNIG neft-qaz şirkəti Avropa Şurasının antiinhisar hüquqlarını pozduğu üçün Rusiyanın "Qazprom" şirkətindən Avropa Komissiyasına şikayət edib. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un 2016-cı ilin hesabatında bildirilib.
"Qazprom" və onun törəməsi - "Qazprom Export" şirkəti haqqında Avropa Şurasında fəaliyyət göstərmək barədə Anlaşmanın 102-ci maddəsi əsasında şikayət 2017-ci il mart ayının 14-də təqdim olunub. Öz müraciətində Polşa şirkəti bildirib ki, "Qazprom" PGNIG-ə qarşı ədalətsiz qiymət siyasəti yürütməklə antiinhisar qaydalarını pozub. Şikayət əsasında Avropa Komissiyası müvafiq işi qeydiyyata alıb.
"Qazprom"dan öz növbəsində bildirilib ki, "işin qaldırılması araşdırma başlanılması mənasını daşımır və şirkətimizin günahkar olduğunu göstərmir. Hazırkı mərhələdə prosesin "Qazprom"a potensial mənfi təsirini və maliyyə vəziyyətinə təsirini ölçmək mümkün deyil".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/polsa-sirketi-qazprom-dan-sikayet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR