Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib
14:27 27 Aprel 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qrant proqramları üzrə əlaqələndiricisi Marina Papyan həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi rəhbərinin köməkçisi Sona Truzyan bildirib.
Məlumata görə, M.Papyan külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Bu cinayət işində M.Papyanla yanaşı daha 13 nəfərin adı hallanır. Onlardan 3 hazırda axtarışdadır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropa-i-ttifaqinin-ermenistandaki-numayendeliyinin-koordinatoru-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR