Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO
14:33 27 Aprel 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Çikaqo şəhərində 69 il birlikdə yaşayan cütlük eyni gündə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu illər ərzində aralarından su keçməyən, sevgiləri qocalmayan cütlük bir-birindən 40 dəqiqə aralıqla əl-ələ tutub ölüblər.

Cütlüyün oğlu Leo Vatkin deyir ki, əvvəlcə anası dünyasını dəyişdi, onun əllərindən möhkəm tutmuş atası əllərin soyuduğunu görəndən sonra canını tapşırdı: “Bu yaşıma qədər onların bir gün də ayrı qaldığını görməmişəm. Sevgiləri o qədər güclü idi ki, ölüm belə onları ayıra bilmədi. Ölümə də əl-ələ getdilər”.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR