YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq

YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq
14:37 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq.
"Report" xəbər verir ki, bunu teatrın mətbuat katibi Könül Cəfərova bildirib.
Teatrda yazıçı Kamal Abdullanın "Bir-iki bizimki" pyesi əsasında "Səsimi unutma" adlı tamaşa hazırlanır. Səhnə əsərinin baş rejissoru Gümrah Ömərdir.  
Tamaşada rolları əməkdar artistlər Gülzar Qurbanova, Məmmədsəfa Qasımov, aktyorlar Ləman Novruzova və Amid Qasımov ifa edəcəklər.
K.Cəfərova deyib ki, digər tamaşanı rejissor Günay Səttar hazırlayıb.  
Tamaşaların premyerası may ayında olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/yug-teatrinda-2-yeni-tamasanin-premyerasi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR