18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR
14:48 27 Aprel 2017
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikalı memar Kris Heninq 18 kv metrlik yığcam konstruksiyanı lüks bağ evinə çevirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, memar təxminən 20 il Yaponiya, Hindistan və Çində yaşayıb. Bu ölkələrin sənətkar və ustaları evin interyerini yığcam, amma çox gözəl düzəldirlər. Onlar ailə üzvlərinin sayına görə bir neçə kv metrlik otaqda üçün sadəcə ən lazımlı əşyaları yerləşdirirlər.

Asiya xalqının memarlıq üsullarından bəhrələnən Kris Amerikaya qayıtdıqdan sonra özü üçün uzunluğu 6, eni isə 3 metr olan ilk yığcam ev tikib. Lazım olan hər şeyi şkafların daxilinə yerləşdirib.

İndi Kris belə evləri sifarişi ilə 60 000 dollara tikir. Onlar demək olar ki, hazır şəkildə quraşdırılır və sifariş olunan əraziyə daşınır.

Bəlkə də qiyməti kimi siz qane etməyəcək, ancaq razılaşın ki, evin belə ustalıqla düşünülmüş daxili quruluşu heyrət doğurur.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/196688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR