Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb

Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb
15:07 27 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyənin Ərzurum bölgəsinin Şənqaya rayonunda Silahlı Qüvvələrin bölmələri ilə terrorçu PPK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 2 hərbçi yaralanıb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Ərzurumun valisi Seyfettin Əzizoğlu bildirib.
Onun sözlərinə görə, yaralılardan biri leytenantdır. Yaralı hərbçilər Ərzurum dövlət xətəxanasına yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-terrorcu-pkk-qruplasmasi-ile-atismada-iki-herbci-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR