Gəncədə qoşulub qaçan qızlarla bağlı ƏN SON MƏLUMAT

Mediada “Azərbaycanda qız-qızı qaçırıb” başlığı ilə xəbər yayılıb. Xəbərdə bildirilir ki, hadisə Gəncə şəhərində baş verib. Gəncə Dövlət Universitetinin xarici dil fakultəsinin tələbələri olan bu qızlar bir-birinə qoşulub qaçıb. Yaxınları əvvəlcə qızların oğlan tərəfindən qaçırıldığını zənn etsələr də, sonradan məsələnin heç də belə olmadığı üzə çıxıb. Məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir.

Baş verən hadisə ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetin əməkdaşı Şəlalə Hüseynova Metbuat.az-a açıqlamasında bildirdi ki, mediada yayılan xəbər yalandır:

“Universitetdə belə bir halla qarşılaşmamışıq. O haqda bizim məlumatımız yoxdur”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR