Ərdoğanı və ailəsini mühafizə edən polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT

Ərdoğanı və ailəsini mühafizə edən polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT
15:18 27 Aprel 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyat çərçivəsində vəzifəsindən kənarlaşdırılan polislər arasında Prezident Sarayını mühafizə edən qurumun üzvləri də olub.

Publika.az Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, Mühafizə Xidmətində çalışan 19 polis FETÖ-nün üzvü olduğuna görə işindən kənarlaşdırılıb.

Onlardan 2-si Mühafizə Xidmətində pols rəisi vəzifəsindədir. Əməliyyat kulislərdə “Ak Sarayda FETÖ təmizliyi” olaraq şərh edilib.

Qeyd edək ki, Prezident Sarayının Mühafizə Xidməti prezident və ailə üzvlərinin təhlükəsizliyinə cavabdehdir. Mühafizə Xidmətinin vəzifəsi prezidentin olduğu hər cür bina və müəssisəsinin ətrafında təhlükəsizliyi təmin etməkdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR