Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşdu - VİDEO

Rusiyanın döyüş gəmisi İstanbul boğazında toqquşdu - VİDEO
15:48 27 Aprel 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Qara dənizin İstanbul boğazının girişində Kilyos adasına yaxın ərazidə iki gəmi toqquşub.

Publika.az xəbər verir ki, gəmilərdən birinin Rusiyaya məxsus döyüş gəmisi olduğu deyilir.

Digər gəmi isə canlı heyvanları daşıyan yük gəmisidir.

Sahil Mühafizə Xidməti hadisə yerinə gedib. Məlumatlara görə, yük gəmisi aldığı zədədən sonra batmağa başlayıb. Hazırda təxliyə işləri aparılır.

NTV-nin məlumatına görə, toqquşmadan sonra dənizə düşən 45 rus əsgəri xilas edilib. 15 əsgərin xilasetmə işləri aparılır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR