Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir

Aİ-nin Ermənistan nümayəndəliyində QALMAQAL - 14 nəfər qrant mənimsənilməsində şübhəli bilinir
15:57 27 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda Avropa İttifaqı (Aİ) nümayəndəliyinin əməkdaşı həbs olunub.

Ermənistanda qrantla bağlı maliyyə fırıldaqda şübhəli sayılaraq saxlanılan Avropa İttifaqının bu ölkədəki nümayəndəliyinin əməkdaşının kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi nümayəndəlikdə böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar cinayət işinin təfərrüatlarını açıqlayıb.
 
Məlumatda bildirilir ki, aprelin 26-da böyük həcmdə vəsaitin mənimsənilməsi ilə əlaqədar Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin qrant proqramlarının koordinatoru Marina Papyan saxlanılıb.
 
Cinayət işində şübhəli şəxs qismində Tiqran Sukiasyan, Qevork Kazaryan, Rubina Ter-Martirosyan, Armen Bareqamyan, Anait Avaqyan, Serqey Balasanyan, Dina Manukyan, Karen Stepanyan, Tereza Dilanyan, Aleksandr Poqosyan, Qrayr Qencyan, Qarik Çilinqaryan və Geqam Petrosyanın adı keçir.
 
Sonuncu 3 nəfər barəsində axtarış elan olunub.
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR