Ələt-Astara yolundakı qəzada ölənlərin adları məlum oldu

Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin adları məlum olub.

Salyan rayon sakini polis əməkdaşı Məmmədyarov Natiq Nifti oğlunun idarə etdiyi DYP maşını ilə Astara rayon sakini, 1948-ci il təvəllüdlü Axundov Azad Qüdrət oğlunun idarə etdi "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü, bundan başqa, avtomobillərdə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1950-ci il təvəllüdlü Əhmədov Allahverdi Ağəli oğlu, 1986-cı il təvəllüdlü Sadıqov Ülvi Səməd oğlu, 1982-ci il təvəllüdlü Dadaşov Elçin Kazım oğlu, YPX əməkdaşı, Salyan sakini, 1988-ci il təvəllüdlü Əliyev Elnur Zakir oğlu, Bakı sakini 1963-cü il təvəllüdlü Mahmudov Emil Teymur oğlu xəsarət alıblar.

Xəsarət alanların Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan Azad Axundov və Emil Mahmudov xəstəxanada ölüb.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR