Sağlamlığınızı bir dəqiqədə qaşıqla test edin

Sağlamlığınızı sadəcə bir qaşıq istifadə edərək yoxlaya bilərsiniz.

Metbuat.az xəbər verir ki, testi etmək üçün bir yemək qaşığını dilinizə yerləşdirin. Tüpürcəyinizlə isladın. Qaşığı şəffaf torbanın içinə qoyub parlaq işığın altında saxlayın. Günəş işığı və ya stolüstü lampa istifadə edə bilərsiniz. Bir dəqiqə saxladıqdan sonra qaşığı yoxlayın. Qaşıq təmizdirsə, üstündə iz və ya pis qoxu yoxdursa, daxili orqanlarınız sağlamdır.

Güclü bir çürük qoxusu varsa, qaraciyər və mədə probleminiz var, şirin bir qoxu şəkərli diabet olduğunuzu, amonyak qoxusu isə böyrək problemlərinin əlamətidir.

Qaşığın üzərində ağ və ya qatı sarı iz tirioid vəzi hormonlarının pozulduğunu, bənövşəyi iz bronxit, yüksək xolestrol, ağ iz tənəffüs yolu infeksiyalarının, narıncı iz böyrək xəstəliklərinin olduğunu göstərə bilər.

Qeyd edək ki, bu metod sadəcə məlumat məqsədi daşıyır, hər hansı xəstəlikdən şübhələndiyiniz zaman həkimə müraciət etməlisiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR