Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı

Nizami Kino Mərkəzində Üçüncü Britaniya Filmləri Festivalı
16:12 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 28-də Nizami Kino Mərkəzi, British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə Üçüncü Britaniya Bahar Film Festivalının açılışını keçirəcək.

Milli.Az bildirir ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik Həyatının Bacarıqları" komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.

Aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində davam edəcək Britaniya Bahar Film Festivalında qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş altı unudulmaz və çox fərqli filmlər -"Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, Yan, Yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm Həyat" (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) tamaşaçılara təqdim olunacaq.

Azərbaycanda Üçüncü Britaniya Bahar Film Festivalının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib: "Bu ilin Bahar Britaniya Filmləri Festivalında həqiqətən maraqlı olan yeni filmlər təqdim ediləcək. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar". Həmçinin, Böyük Britaniyanın Azərbaycandakı səfiri "British Film Spring" festivalını yenidən dəstəkləməkdən çox məmnun olduğunu bildirib və müasir qadın rejissorlar və prodüserlərin yaşadığımız həyatın sevinc və çətinliklərini ekranlara necə daşıdıqlarını görməyi səbirsizliklə gözlədiyini söyləyib.

Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində, rus dilində alt yazılarla nümayiş ediləcək.

Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:

Yetkinlik Həyatının Bacarıqları - 28.04 - 19:00 1-ci zal / 30.04- 14:30 2-ci zal

Etel və Ernest- 29.04 - 14:30 2-ci zal/ 01.05 - 14:30 2-ci zal

Mən, Deniel Bleyk - 30.04 - 18:30 2-ci zal / 04.05 - 18:30 2-ci zal

Möhtəşəm Həyat - 01.05 - 18:30 1-ci zal/ 02.05 - 14:30 2-ci zal

Yan Yan Yan - 02.05 - 18:30 1-ci zal / 03.05 - 14:30 2-ci zal

Daşqın - 03.05 - 18:30 1-ci zal / 04.05 - 14:30 2-ci zal

Xatırladaq ki, media nümayəndələri aprelin 28-də saat 11-00-da Nizami Kino Mərkəzinin mətbuat zalında keçiriləcək Britaniya Bahar Film Festivalının Mətbuat Konfransına dəvət edilirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/539309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR