"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirildi - FOTO

"Beş mərtəbə" dairəsi ləğv olunaraq parka birləşdirildi - FOTO
16:12 27 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yasamal rayonu Akademik Milli Dram teatrının və "Təzəpir" məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir".

Bunu Milli.Az-a açıqlamasında "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb: "Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR