“Şeytan hiddətləndi və yerə...” - Öngörücüdən dünyanı LƏRZƏYƏ SALAN PROQNOZ

“Şeytan hiddətləndi və yerə...” - Öngörücüdən dünyanı LƏRZƏYƏ SALAN PROQNOZ
16:18 27 Aprel 2017
166 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müdrikləri ilə ad qazanmış Afon dağlarının daha bir məşhur öngörücüsü Yefrem Filofeyski dünyanın çox qorxunc fəlakətlə üzləşəcəyini deyib.

Publika.az xəbər verir ki, müdrik tezliklə yer üzünə şeytani qüvvələrin enəcəyini proqnoz verir: “Şeytan hiddətlənib, ağzını cəhənnəm qapıları kimi açıb, qurbanlarını gözləyir. Onun iti dişlərindən yalnız əməli-salehlər və insanlığını unutmayanlar xilas ola biləcəklər. Xilas yolu isə yenə də səmaya geri qayıtmaqladır”.

Yefrem bildirir ki, hər il dünyanın daha da korlanması, bəşəriyyətin cızığından çıxması şeytani qüvvələr üçün münbit şərait yaradıb. Dünyada çatılmış ocaq daha da alovlanacaq.

Qeyd edək ki, bundan əvvəl portuqal öngörücü Qorasio Vilyeqas III Dünya müharibəsinin başlayacağını demişdi. Hətta Müqəddəs Fatimənin zühur etdiyi tarixin 100 illiyində - 13 may 2017-ci ildə başlayacağını qeyd etmişdi. Hələlik isə müharibəyə hazırlıq prosesi gedir, ölkələrarası nifaq qızışır.

Məlumat üçün deyək ki, “Müqəddəs Fatimə” anlayışı Bakirə Məryəmin adı ilə bağlıdır. Din xadimləri hələ də 100 il bundan öncə bulud şəklində əvvəlcə meydanda oynayan üç uşağa, sonra isə 60 nəfərlik izdihama görünən qadının kimə aid olduğu ilə bağlı baş sındırırlar. Xristianlar o qadın fiqurunun Məryəm, müsəlmanlar isə Məhəmməd Peyğəmbərin qızı Həzrəti Fatiməyə aid olduğunu deyirlər. Hər halda xristian qəsəbəsinin adı Fatimədir. Amma meydanda Məryəmin nəhəng heykəli qoyulub. Rəvayətə görə, bu qəsəbədə müsəlman qızı Fatiməyə bir yaraşıqlı cəngavər vurulur. Qız da onu sevir və cütlük evlənərkən Fatimə xristianlığı qəbul edir. Şair demiş: “Məzhəbi-İsayə gəlmək”lə bağlı bu rəvayət adı üstündə xalq folklorudur.

Qorasio Vilyeqas bəzi proqnozları düz çıxdığı üçün şöhrət tapıb. Xüsusilə də hələ 2015-ci ildə ABŞ-ın başına milyarder iş adamının gələcəyini demişdi. Əlavə etmişdi ki, III Dünya Müharibəsini də məhz ABŞ lideri başladacaq.

O ki qaldı Yefremə, o, konkret bir söz deməsə də dəccalın tezliklə at oynadacağına əmindir. Yefrem özü 14 yaşından – bütöv ailəsini müharibədə itirəndən bəri monastıra sığınıb. Hazırda o, Rusiyanın şəhərlərinə, eləcə də qərb ölkələrinə səyahət edərək moizələr oxuyur.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/196702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR