"Beş mərtəbə" dairəsi ləğv edildi

"Beş mərtəbə" dairəsi ləğv edildi
16:28 27 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Beş mərtəbə" dairəsinin ləğvi ilə əlaqədar əraziyə Azərbaycan prospektindən giriş məhdudlaşdırılır.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yasamal rayonu Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir.

Bununla əlaqədar olaraq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb.

Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/196703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR