Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 21 mayda qurultay keçirəcək.
Metbuat.az xəbər verir ki, qurultayda Ərdoğanın tək namizəd olacağı deyilir.
Türkiyə prezidenti Ərdoğan bu haqda açıqlama da vermişdi. O, ölkədə keçirilən referendumun rəsmi nəticələri açıqlandıqdan sonra, AKP-nin rəhbəri ola biləcəyini qeyd etmişdi.
Qeyd edək ki, qurultay 2018-ci ildə keçirilməsi planlaşdırılırdı. Ərdoğan ölkə prezidenti seçildiyi üçün 2014-cü ilin 27 avqustundan etibarən partiya rəhbərliyini Əhməd Davudoğluna həvalə etmişdi.
Aytən Novruzova / Metbuat.az