İri şirkətin anbarından tonlarla mənşəyi naməlum ət aşkarlandı - VİDEO - FOTO

İri şirkətin anbarından tonlarla mənşəyi naməlum ət aşkarlandı - VİDEO - FOTO
16:57 27 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı yük avtomobili saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, avtomobilin yük yerinə baxış zamanı hər biri 20 kq olmaqla ümumilikdə 50 qutu (1000 kq) ət aşkarlanıb.

Avtomobilin yükləndiyi özəl şirkətlərdən birinə məxsus Daşkəsən rayon Quşçu kəndi ərazisində yerləşən kəsim emalı fabrikinə baxış keçirilən zaman oradan daha 4 ədəd baş, ümumi çəkisi 5680 kq olan qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan ət aşkarlanaraq götürülüb.

Rayon Baytarlıq İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. İlkin müayinələr zamanı ətin mənşəyinin məlum olmadığı aşkarlanıb. Ətdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

7 ton mənşəyi məlum olmayan ət satıcısı tutuldu


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR