Merlin Manronun ölü tapıldığı evi satışa çıxarıldı

Hollivudun əfsanəvi aktrisası Merlin Manronun evi satışa çıxarılıb.

Metbuat.az xəbər verir ki, evin qiyməti 6,9 milyon dollardır.

Aktrisanın 1962-ci ildə, 36 yaşında Los-Ancelesdə ölü halda tapıldığı evi ikinci dəfə satışa çıxarılıb. 4 yataq otağı, 3 hamam otağı, mətbəx, hovuz, baxça və qonaq otağından ibarət ev 2012-ci ildə 5,1 milyon dollara satışa çıxarılmışdı.

Manro bir vaxtlar evimi yalnız sevənlərlə bölüşə bilərəm demişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR