Qısqanclıq məhəbbətin yol yoldaşı

Deyirlər ki, qısqanclıq məhəbbətin yol yoldaşı, eyni zamanda da zəhəridir. Qısqanclıq hamının qəlbinə hakim olan bir hissdir. Ancaq elə qisqanclıqlar var ki, münasibətlərin sona çatması ilə nəticələnir.

Metbuat.az xəbər verir ki, bəziləri elə hesab edir ki, qisqanclığın yaranmasına səbəb elə inamsızlıqdır. Bir çoxlarının fikrincə isə qısqanclıq əsl sevginin əlamətidir. Qısqanclıq sevgi əlamətidir yoxsa inamsızlıq?

Məsələyə psixoloq Elnur Rüstəmov münasibət bildirib: “Qısqanclıq bütün canlılara xas olan isntinktdir. Qısqanclığın normal və patoloji səviyyəsi var. Normal səviyyədə qısqanclıq heç kimə zərər vurmur, ancaq patoloji qısqanclıq artıq bir xəstəlikdir. Patoloji qısqanclığa irsi faktorlar, uğursuz sevgi münasibəti, hətta zərərli vərdişlər (alkoqol, narkotik) də təsir edir”.

Psixoloq Elnur Rüstəmov əlavə edib ki, patoloji qısqanclıq səviyyəsinə gəlib çatanacan mütləq tədbir görmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR