Veteran polislər yoxa çıxmış 7 nəfəri tapıb – TOVUZDA

Veteran polislər yoxa çıxmış 7 nəfəri tapıb – TOVUZDA
17:19 27 Aprel 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

 

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə polis şöbələri rəhbərliyi və aidiyyatı xidmət əməkdaşları polis veteranları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, kəndlərdə vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar. DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, belə görüşlərin bir neçəsi Tovuz RPŞ-nin veteranlar şurasının təşəbbüsü ilə gerçəkləşib. Şura üzvləri rayonun ayrı-ayrı təhsil müəssisələrində, Qaraxanlı kənd mərkəzində Xatınlı, Qədirli, Əyyublu, Qovlar şəhərində və digər kəndlərdə vətəndaşlarla görüşlər keçirərək əhali arasında maarifləndirmə işləri aparıblar.

 

Bu arada məlum olub ki, cari ilin ötən dövründə RPŞ-nin veteranlar şurasının üzvləri 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət, 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxlərin müəyyən edilməsində, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyən edilməsində, 7 itkin düşmüş şəxsin tapılmasında yaxından köməklik göstəriblər.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR