Azərbaycanın sığorta bazarı 1% kiçilib

Azərbaycanın sığorta bazarı 1% kiçilib
17:22 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 150,682 mln. manat sığorta haqqı toplanılıb. 
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.
Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 60,292 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 14,7% çoxdur.
Qeyd olunur ki, 2017-ci ilin yanvar-mart aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-mart aylarında 34,5 manat olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-sigorta-bazari-1-kicilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR