Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fasilədən sonra 400 mlrd. dollara çatıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fasilədən sonra 400 mlrd. dollara çatıb
17:27 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 15-21 aprel hesabat həftəsində 1,6 mlrd. ABŞ dolları və ya 0,4% artaraq 400 mlrd. dollar təşkil edib. Qeyd edək ki, Rusiyanın qızıl-valyuta ehtiyatları 28 aylıq fazilədən sonra 400 mlrd. dollara yüksəlib.
"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.
Bankdan ehtiyatların artmasına səbəb olaraq müsbət yenidən qiymətləndirmə amilinin təsiri göstərilib.
Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə - 350,5 mlrd. dollara kimi geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 14,1% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyanin-qizil-valyuta-ehtiyatlari-28-ayliq-fasileden-sonra-400-mlrd-dollara-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR