Cəmi 3 ay vaxt qoyulub - 23 yaşlı qızın həyatını xilas edin - FOTO

Cəmi 3 ay vaxt qoyulub - 23 yaşlı qızın həyatını xilas edin - FOTO
17:32 27 Aprel 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Həkimlər deyir ki, 23 yaşlı Turanə Əhmədovaya təcili olaraq 3 ayın içində qaraciyər köçürülməlidir. Əks halda ölümlə üz-üzə qala bilər.

Turanə Əhmədova Milli.Az-a açıqlamasında deyib ki, Azərbaycanda həkimlər artıq müalicədən imtina edir. İndi ümid qalır əməliyyata. O da Türkiyədə olmalıdır ki, buna da çoxlu maddi vəsait tələb olunur: "İstədim müalicə ilə sağalım. Dövlət xəstəxanalarına getdik. Xeyiri olmadı. Sonda dedilər ki, 99 faiz əməliyyat olunmalısan. Özü də qaraciyər transplantasiyası edilməlidir. Bizi Türkiyədəki xəstəxanalara yönləndirdilər. Türkiyədə də eyni diaqnoz qoyuldu. Dedilər ki, təcili olaraq 3 ay müddətində qaraciyər köçürülməlidir".

23 yaşlı qızın 3 ay ömrü qalıb - KÖMƏK EDƏK! - VİDEO

Lakin əməliyyat üçün kifayət qədər yüksək məbləğ tələb olunur: "Biz Türkiyədə klinikaların bir çoxunda maraqlandıq. Çox baha qiymətlər dedilər. Axırda birini tapdıq. Dedilər ki, təkcə əməliyyatı ən azından 60 min dollara edirlər. Biz kömək üçün dövlət orqanlarına da, Səhiyyə Nazirliyinə də müraciət etmişik, hələ ki, bir xəbər yoxdur. Cəmi 3 vaxt qoyulub. Artıq 1 ay keçib, biz də hələ ki, ora-bura yazırıq. Maddi durumumuz isə bu məbləği ödəməyə imkan vermir. Hələlik qohumlardan və kənar şəxslərdən də yardım edənlər olmayıb. Valideynlərimin vəziyyəti isə göz qabağındadır. Anam xadimə işləyir, atam epilepsiya xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir. Bu vaxta kimi öz hesabımıza müalicə almışam. Anam bankdan pul da götürüb. İndi öz pensiyasından ödəyir. Amma indi bu məbləğə gücümüz çatmır. Düzdür, mənə 3 ay vaxt qoyulub, amma bu ərəfədə hər an hər şey ola bilər..."

Qeyd edək ki, Turanə hazırda yataqdan qalxa bilmir. Zəifləyib, başgicəllənmələrindən, iştahasızlıqdan əziyyət çəkir. Qanda hemoqlobinin səviyyəsi aşağı olduğundan sərbəst gəzə də bilmir...

İndi ailə imkanı çatan şəxslərdən onlara yardım edilməsini gözləyir.

Əlaqə telefonları:

0125810748 (ev)
0559087528 (mobil)

Bank rekvizitləri:

Azərbaycan Beynəlxalq Bankı Səbail filialı

FİLİAL KODU: 805056

MÜXBIR HESAB: AZ03NABZ01350100000000002944

SWIFT CODE: IBAZAZ2X

VÖEN: 9900001881

HESAB NÖMRƏSİ: AZ27IBAZ33801029445904628209
MÜŞTƏRİ: AHMADOVA BANOVSHAHAMZALI QIZI

VALYUTA: AZN

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR