Yıldırım və Medvedev gəmini müzakirə etdilər

Yıldırım və Medvedev gəmini müzakirə etdilər
17:37 27 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedev arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiyaya məxsus gəminin Qara dənizdə qəzaya uğraması müzakirə olunub.

Həmçinin baş nazirlər ərazidə xilasetmə əməliyyatını müzakirə ediblər.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiyanın Qara dəniz donanmasına məxsus "Liman" gəmisi Bosfor boğazından 40 km məsafədə Toqo bayrağı altında üzən gəmi ilə toqquşub. Toqquşma nəticəsində göyərtəsində dəlik yaranan Rusiya gəmisi batıb. Türkiyə xilasediciləri 78 nəfəri xilas ediblər. Onların vəziyyəti qənaətbəxşdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR